UEFA “Qarabağı” cərimələyib

post-img

UEFA “Qarabağ” klubunu 26 min avro cərimə edib.

Buna səbəb komandanın Bakıda “Ayaks”a (Niderland) qarşı keçirdiyi UEFA Avropa Liqası matçında yaşananlar səbəb olub.

“Köhlən atlar” “komandanın düzgün olmayan davranışı”na (3 qırmızı, 5 sarı vərəqə) görə 14 min avro ödəyəcək. Həmin oyunda lazerdən istifadə olunduğu üçün isə Ağdam təmsilçisi 12 min avro cərimələnib.

Qeyd edək ki, UEFA Avropa Liqasında Liqa mərhələsinin III turunun qarşılaşması qonaqların qələbəsi ilə yekunlaşıb - 3:0. “Qarabağ”ın heyətində Julio Romao ilə məşqçi Çudomir Çakarov qırmızı vərəqə alıblar.

L.QURBANOVA
XQ

İdman