MOK nümayəndələri Litvada

post-img

Milli Olimpiya Komitəsinin (MOK) nümayəndələri Litvada Olimpiya dəyərlərinin tədrisi üzrə beynəlxalq təlimlərdə iştirak ediblər.

Litva Olimpiya Komitəsinin ERASMUS+ layihəsi çərçivəsində keçirilən “Olimpiya dəyərlərinin tədrisi” mövzusunda 8 günlük təlimə MOK-un əməkdaşı Nərmin Kərimova və OCEP ekspert qrupunun sədri Namiq Cəfərov qatılıblar.

Təlimlərdə Olimpiya dəyərlərinin təbliği və tədris metodikaları ilə bağlı müasir yanaşmalar müzakirə olunub, həmçinin müxtəlif ölkələrin nümayəndələri ilə təcrübə mübadiləsi aparılıb. Tədbir çərçivəsində Litva Olimpiya Komitəsinə təşkil edilən ziyarətdə əməkdaşlıq imkanları və gələcək layihələr müzakirə edilib.

Qeyd edək ki, bu, Azərbaycanın Olimpiya hərəkatının inkişafına və beynəlxalq əlaqələrinin gücləndirilməsinə töhfə verən önəmli addımdır.

L.QURBANOVA
XQ

İdman