Bürünc “Neftçi”

post-img

30 noyabr 1966-cı il. Azərbaycan futbolu flaqmanının Sovet İttifaqı çempionatlarında ən böyük nailiyyətinin qeydə alındığı unudulmaz tarix. 58 il əvvəl məhz bu gün “Neftçi” Respublika stadionunda 45 min xoşbəxt tamaşaçı qarşısında Moskvanın “Spartak” komandasına 3:0 hesabı ilə qalib gələrək, 28-ci ölkə çempionatının bürünc medallarını qazanmış və öz tarixinə parlaq bir səhifə yazmışdır.

Azərbaycan paytaxtı komandası nə həmin çempionatadək, nə də ondan sonra heç vaxt belə yüksək zirvə fəth etməmişdir. Məhz buna görə də respublikamızın futbol ictimaiyyəti hər il noyabrın 30-da həmin fədakar, ölməz komandanı minnətdarlıq hissi ilə yad edir.

Şəkildə (ayaq üstə duranlar). Sağdan sola: baş məşqçi Əhməd Ələsgərov, Kazbek Tuayev, Yaşar Babayev, Aleksandr Trofimov, Vladimir Bruxti, Nikolay Boqdanov, komandanın rəisi Şövkət Orduxanov, Sergey Kramarenko, baş məşqçinin köməkçisi Valentin Xlıstov, Vyaçeslav Semiqlazov, komandanın həkimi Boris Xetaqurov. Oturanlar (sağdan sola): Valeri Hacıyev, Mübariz Zeynalov, Anatoli Banişevski, Eduard Markarov və inzibatçı Aydın İsmayılov.

Oqtay BAYRAMOV,
Əməkdar jurnalist

İdman