Boksçularımız 4 mükafat qazanıblar

post-img

Azərbaycan millisi Bolqarıstanın paytaxtı Sofiyada keçirilən 23 yaşadək boksçular arasında Avropa çempionatını 4 medalla başa vurub. 

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, yığmamız qitənin ən güclülərinin mübarizəsində 3 gümüş və 1 bürünc medal qazanıb.

Komandanın aktivinə gümüş medalları Murad Allahverdiyev (80 kq), Tural Sarıyev (48 kq) və Nicat Hüseynov (51 kq) yazdırıblar. Marjona Savriyeva (50 kq) isə 3-cü yeri tutub.

Leyla QURBANOVA 

XQ

 

İdman