Samuxda 12 minədək ağac əkiləcək

post-img

Samux rayonunda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində ağacəkmə aksiyaları davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, növbəti ağacəkmə aksiyası Ziyadlı kəndinin inzibati ərazisində, Samux-Kür yolunun kənarında təşkil olunub. Yolun kənarına yerli iqlim şəraitinə uyğun şam, çinar və sərv ağacları əkilib.

Aksiya çərçivəsində əvvəl əkilən ağaclara aqro-texniki qulluq göstərilib və suvarılması təmin edilib.

Qeyd edək ki, son iki gündə Samux rayonunda 4 mindən çox ting əkilib.

Aksiyanın oktyabr ayının sonundək davam etdirilməsi nəzərdə tutulur. Rayon ərazisində mövsüm ərzində 20 hektar ərazidə 12 minədək şam, çinar və sərv ağaclarının əkilməsi planlaşdırılır.



Sosial həyat