“Qarabağ” Azərbaycan çempionatları tarixində yeni rekord qazanıb.
Ağdam klubu səfərdə ən çox qol vuran komandadır. Bu, Misli Premyer Liqasının X turunda gerçəkləşib. Qurban Qurbanovun yetirmələri “Kəpəz”ə 5:0 hesabı ilə qalib gəliblər. Matçda vurulan 3-cü qol “Qarabağ”ın Azərbaycan çempionatlarındakı 648-ci səfər qolu kimi yadda qalıb. Bu qolu Leandro Andrade vurub. Bununla da, Ağdam təmsilçisi hesabında 647 səfər qolu olan “Neftçi”nin rekordunu keçib.
“Kəpəz”lə Tovuzdakı görüşdə vurulan sonuncu top isə klub tarixinə çempionatda rəqib meydanlarındakı 650-ci qol kimi düşüb. Yubiley topuna Aleksey Kaşuk imza atıb.
Qeyd edək ki, “Qarabağ” 650 qol vurduğu səfərdə 461 oyun keçirib.
L.QURBANOVA
XQ