Stolüstü tennisçilərimizdən 4 medal

post-img

Birləşmiş Ərəb Əmirliklərində “WTT Youth Contender” turnirinə yekun vurulub. Komandamız yarışı 4 medalla başa vurub. 

Yarışın ilk günlərində Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışlarda bürünc mükafata layiq görülmüşdü. 13 yaşlı idmançiların şəxsi mübarizəsində 3-cü yeri tutan Onur Quluzadə 15 yaşlıların yarışında da eyni nəticəni təkrarlayıb. 

L.QURBANOVA
XQ

İdman