Şumaxerin bolidi hərracda

post-img

Formula 1 üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin dünya çempionatının son mövsümündə idarə etdiyi bolid (yarış avtomobili) hərraca çıxarılıb.

“Ferrari” komandasının almaniyalı sabiq pilotunun bolidi 15 milyon ABŞ dolları dəyərində qiymətləndirilir.  

Qeyd edək ki, Mixael Şumaxer Ferrari 248 F1 ilə 2006-cı ildə Formula 1 Dünya çempionatında 5 Qran-Pridə qələbə qazanıb. 

L.QURBANOVA
XQ

İdman