Stolüstü tennisçilərimizdən 3 bürünc medal

post-img

Birləşmiş Ərəb Əmirliklərində keçirilən “WTT Youth Contender” turnirində Azərbaycanın stolüstü tennisçiləri bürünc medal qazanıblar.

Komandamızın üzvləri Rüstəm Hacılı - Aylin Əsgərova tandemi qarışıq qoşa, Onur Quluzadə ilə Yağmur Məmmədli isə şəxsi yarışlarda 3-cü yeri tutublar. 

Qeyd edək ki, yarış oktyabrın 17-də başa çatacaq. 

Leyla QURBANOVA 
XQ

İdman