Bu gün UEFA Avropa Liqasının əsas mərhələsində II turun oyunları keçiriləcək.
Futbol azarkeşləri 18 qarşılaşmaya şahidlik edəcəklər.
Azərbaycanın turnirdəki yeganə təmsilçisi “Qarabağ” Bakıda İsveçin “Malmö” komandasını qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 20:45-də start götürəcək.
Türkiyə klublarından “Qalatasaray” Latviyada RFS, “Fənərbağça” Niderlandda “Tvente” ilə üz-üzə gələcək. “Beşiktaş” isə doğma meydanda Almaniyanın “Ayntraxt” kollektivini sınağa çəkəcək.
UEFA Avropa Liqası
Əsas mərhələ, II tur
3 oktyabr
20:45. "Qarabağ" (Azərbaycan) – “Malmö" (İsveç)
20:45. RFS (Latviya) – “Qalatasaray" (Türkiyə)
20:45. "Slaviya" (Çexiya) – “Ayaks" (Niderland)
20:45. "Olimpiakos" (Yunanıstan) – “Braqa" (Portuqaliya)
20:45. "Makkabi" (Təl-Əviv, İsrail) – “Midtüllann" (Danimarka)
20:45. "Ferentsvaroş" (Macarıstan) – “Tottenhem" (İngiltərə)
20:45. "Real Sosyedad" (İspaniya) – “Anderlext" (Belçika)
20:45. "Latsio" (İtaliya) – “Nitsa" (Fransa)
20:45. "Hoffenhaym" (Almaniya) – “Dinamo" (Kiyev, Ukrayna)
23:00. "Atletik" (İspaniya) – “AZ Alkmaar” (Niderland)
23:00. "Elfsborq" (İsveç) – “Roma" (İtaliya)
23:00. "Union" (Belçika) – “Budyo-Qlimt" (Norveç)
23:00. "Viktoriya" (Çexiya) – “Ludoqorets" (Bolqarıstan)
23:00. "Portu" (Portuqaliya) – “Mançester Yunayted" (İngiltərə)
23:00. "Tvente" (Niderland) – “Fənərbağça" (Türkiyə)
23:00. PAOK (Yunanıstan) – FKSB (Rumıniya)
23:00. "Reyncers" (Şotlandiya) – “Lion" (Fransa)
23:00. "Beşiktaş" (Türkiyə) – “Ayntraxt" (Almaniya)
Qeyd edək ki, Liqa mərhələsinin III turunun görüşləri oktyabrın 23-24-də oynanılacaq.