“Qarabağ” bu gün Avropa Liqasında “Malmö” ilə qarşılaşacaq

post-img

Azərbaycanın UEFA Avropa Liqasındakı təmsilçisi “Qarabağ” bu gün Liqa mərhələsində ikinci oyununa çıxacaq.

Qeyd edək ki, Qurban Qurbanovun başçılıq etdiyi kollektiv Bakıda İsveçin “Malmö” komandası ilə qarşılaşacaq.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək görüş saat 20:45-də başlayacaq. Oyunu Yunanıstandan olan hakimlər briqadası idarə edəcək.

3 oktyabr

20:45.“Qarabağ” – “Malmö”

Baş hakim: Anastasios Papapetrou

Baş hakimin köməkçiləri: Trifon Petropoulos, Yordanis Aptosoqlu

Dördüncü hakim: Alexandros Tsakalidis

VAR: Angelos Evangelu

AVAR: Atanasios Tsilos

Tofiq Bəhramov adına Respublika Stadionu.

Xatırladaq ki, “Qarabağ” Liqa mərhələsinin ilk turunda İngiltərədə “Tottenhem”ə 0:3 hesabı ilə uduzub.

İdman