“Səhiyyə Nazirliyinin böyük dəstəyi ilə hazırda Talassemiya Mərkəzində təmir-tikinti işləri aparılır. Artıq təmir işləri bitmək üzrədir. Bu aydan etibarən Transplantasiya Mərkəzi yeni təmirdən çıxmış vəziyyətdə fəaliyyət göstərəcək”.
Səhiyyə Nazirliyinin Milli Hematologiya və Transfuziologiya Mərkəzinin direktor müavini Səhər İsmayılova bildirib bildirib ki, təmirdən sonra Talassemiya Mərkəzində sümük iliyi transplantasiyasına aid palataların sayının 5-dən 6-ya qədər artırılıb.
“Təmirdən sonra həm böyüklər, həm də pediatrik xəstələr üçün stasionar şöbə yaradılıb, intensiv terapiya və reanimasiya şöbəsinin açılışı planlaşdırılır”, - deyə direktor müavini vurğulayıb.