Azərbaycan akrobatika liderləri sırasına çıxıb

post-img

Avropa Gimnastikası Azərbaycan akrobatlarının Gimarayşda (Portuqaliya) keçirilən dünya çempiona­tındakı çıxışını qiymətləndirib.

Təşkilatın “AKRO-2024-ün liderləri” adı al­tında sosial şəbəkədə pay­laşımında 8 medal qazanan yığmamızın yekun nəticədə 3-cü pillədə qərarlaşdığı bildirilib. 

Komandamızın heyətin­də Ağasif Rəhimov–Raziyə Seyidli qarışıq cütü balans və qarışıq hərəkətlərdə qızıl, temp hərəkətləri üzrə bürünc, Daniel Abbasov–Murad Rəfiyev kişi cütünün qarışıq və balans hərəkətlərdə qızıl, temp üzrə hərəkət­lərdə bürünc, Riyad Səfərov–Rəsul Seyidli–Seymur–Cəfərov və Abdulla Əl-Məşayxidən ibarət heyət isə temp hərəkətində bürünc medal qazanması vurğulanıb. Bundan başqa, ölkəmizin komanda yarışlarında gümüş medala sahib olması qeyd edilib.

Xatırladaq ki, 4 qızıl, 1 gümüş və 3 bürünc qazanan ölkəmiz medal sıralamasında Belçika (5-1-0) və Çindən (5-0-1) geri qa­lıb.

L.QURBANOVA
XQ

İdman