Atıcılıq üzrə Dünya kubokunun final mərhələsinin iştirakçılarının ilkin siyahısı müəyyənləşib.
Azərbaycan yığmasının 1 atıcısı Asiyadakı mərhələdə yarışacaq. Təmsilçimiz Nigar Nəsirova 10 metr məsafədən tapança ilə atəş açma üzrə gücünü sınayacaq.
Artıq 37 ölkədən 132 snayper Hindistanın Nyu-Dehli şəhərində keçiriləcək yarışa vəsiqəni təmin edib.
Xatırladaq ki, kubokun final mərhələsi oktyabrın 13–18-də olacaq.
L.QURBANOVA
XQ