“Haas”ın pilotu Formula 1-də nadir rekord qazanıb.
19 yaşlı britaniyalı Bakı trekində 10-cu nəticə göstərərək xal əldə edib. Berman Formula 1 tarixində 2 fərqli komandada ilk 2 yarışda xal toplayan ilk pilot olub.
Gənc sürücü bu il Səudiyyə Ərəbistanında mövsümün üçüncü turunda “Ferrari” sürücüsü Karlos Saynsı əvəzləyərək Formula 1-də debüt edib. O vaxtı britaniyalı Ciddədə 6 xal yığaraq 7-ci yeri tutmuşdu. Bakıdan isə Berman 1 xal aparıb.