Azərbaycan idman dövləti imicini durmadan yüksəldir

post-img

Bakıda İtaliyanın Formula 1 yarışlarında iştirak tarixinə həsr olunan tədbir keçirilib.

Toplantıda İtaliyanın dünya­nın ən nüfuzlu avtoidman yarışın­dakı təcrübəsindən və qazandığı uğurlardan danışılıb. Azərbaycan Avtomobil Federasiyasının vit­se-prezidenti Fərid Məmmədov Formula 1-in qlobal idman yarışı olduğunu və İtaliyanın da burada mühüm rollardan birini oynadı­ğını bildirib. F.Məmmədov For­mula 1-in prezidenti və icraçı direktoru Stefano Domenikalini yenidən Bakıda görməkdən məmnunluğunu dilə gətirib. 

Formula 1 rəhbəri Azərbaycanla əlaqələrin yüksək səviyyədə olduğunu bildirib. O, yenidən Azərbaycanda ol­maqdan məmnunluğunu vurğulayıb:

– Azərbaycan xalqının bizə, F1 pi­lotlarına sevgisini hiss edirik. Azərbay­can dövləti öz imicini dünyaya yüksək səviyyədə çatdırır. Ümumilikdə, Bakı şəhəri Formula 1 tipli yarışların keçiril­məsi üçün əlverişli bir məkandır. Daim gərgin mübarizələrə şahid olan şəhər halqası son vaxtların ən yaddaqalan və həyəcanlı yarışlarını təşkil edib.

İdman