Hollivud ulduzunun Formula–1 auditoriyasında konserti

post-img

Avtoidman həvəskarları və musiqisevərlər Formula 1 Qatar Airways Azərbaycan Qran-Prisi 2024 çərçivəsində “Kristal” zalında keçirilən möhtəşəm gecənin şahidi olublar. 

Hollivudun məşhur sima­sı, aktyor və musiqiçi Uill Smit səhnəyə çıxaraq özünəməxsus enerjisi və performansı ilə fanat­ları coşdurub. Onun səsləndirdiyi hitlər, xüsusən də 90-cı illərin musiqisevərlərinə nostalji hisslər yaşadıb. Ulduzun canlı çıxışı ilə yanaşı, müasir səhnə effektləri­nin yaratdığı ab-hava gecəyə xü­susi rəng qatıb.

Əyləncə Uill Smitin çıxışı ilə yekunlaşmayıb. Gecənin ikinci hissəsində elektron musiqi dün­yasının ulduzu, Qremmi müka­fatlı DJ Black Coffee səhnəyə çıxaraq öz fərqli üslubu ilə azar­keşləri heyran edib. Onun təqdim etdiyi enerji dolu musiqilər tama­şaçılara ritmlərlə dolu unudul­maz gecə bəxş edib.

Son xəbərlər