Türkiyə yığması Millətlər Liqasında növbəti oyununu keçirəcək.
AZƏRTAC xəbər verir ki, Vinçentso Montellanın rəhbərlik etdiyi komanda B Divizionunun ikinci matçında doğma meydanda İslandiya seçməsini qəbul edəcək. İzmir şəhərində baş tutacaq matçın start fiti Bakı vaxtı ilə saat 22:45-də səslənəcək.
İlk görüşdə Uelslə qolsuz heç-heçə edən “ay-ulduzlular” 1 xalla ikinci, İslandiya isə 3 xalla birinci pillədə qərarlaşıb.