Azərbaycanın daha bir idmançısı Paralimpiya çempionu olub

post-img

Azərbaycan paraatleti Orxan Aslanov “Paris-2024” Yay Paralimpiya Oyunlarında mübarizəyə başlayıb.

T13 kateqoriyasında çıxış edən idmançı uzunluğa tullanma yarışında qüvvəsini sınayıb.

O, 7,29 metr məsafə göstərici ilə qızıl medal qazanaraq Paralimpiya çempionu olub.

Bununla da Azərbaycan paralimpiyaçılarının Parisdə qazandığı medalların sayı doqquza (4 qızıl, 2 gümüş və 3 bürünc) çatıb.

 

İdman