Peşəkar Çövkən Liqasında 7-ci tur start götürür

post-img

Sentyabr ayının 3-də Peşəkar Çövkən Liqasında 7-ci turun ilk oyunları başlayır. 

İlk qarşılaşmalar “Sərhədçi” – “Elit” (saat 16:00-da) və “Polad” – “Omar” (saat 17:00-da) komandaları arasında baş tutacaq. Sentyabrın 4-də isə turun növbəti oyunları “Zəfər” – “Şirvan” (saat 16:00-da), “Ağstafa Dilbaz” – “Köhlən” (saat 17:00-da) və “Embawood” – “Qarabağ” (saat 18:00-da) komandaları arasında keçiriləcək.

Arenaya giriş sərbəstdir.

L.QURBANOVA
XQ

İdman