Boksçularımız 4 medal qazanıblar

post-img

Azərbaycan boksçuları Bosniya və Herseqovinanın paytaxtı Sarayevo və Serbiyanın Subotiça şəhərlərində beynəlxalq turnirlərdə iştirak ediblər. Yığmanın məşqçisi Elvin Məmişzadənin rəhbərliyi altında yarışlara qatılan təmsilçilərimiz 3 gümüş və 1 bürünc medal qazanıblar.

75 kq-da çıxış edən Abbasqulu Şadlinski hər iki yarışda ikinci yeri tutub. Bosniya və Herseqovinada Kənan Nəcəfov (92 kq) fəxri kürsünün ikinci pilləsinə yüksəlib. Hüseyn Hüseynli (80 kq) isə eyni yarışı bürünc medalla başa vurub.

L.QURBANOVA
XQ

İdman