Kikboksinqçilərimizin uğurlu çıxışı

post-img

Azərbaycanın kikboksinq komandası Budapeştdə gənclər arasında dünya çempionatında uğurla çıxış edib. 

WAKO (Dünya Kikboksinq Təşkilatları Assosiasiyası) versiyası üzrə keçirilən turnirdə Azərbaycan millisi 5 qızıl, 8 gümüş və 23 bürünc medal qazanıb.

Qeyd edək ki, 5 qızıl medaldan 4-ü K-1 versiyasında əldə edilib.

L.QURBANOVA
XQ

İdman