“Gəncə” klubu rusiyalı voleybolçunu heyətinə qatıb

post-img

“Gəncə” komandası heyətini əcnəbi voleybolçu ilə gücləndirib.

Klubdan verilən məlumata görə, komanda rusiyalı oyunçu Anastasiya Atepalina ilə 1 illik müqavilə imzalayıb.

Ötən mövsümü Fransanın “Arjantye” kollektivində keçirən voleybolçu daha əvvəl Albaniyanın “Tirana” və “Skenderbeu”, ölkəsində isə “Lokomotiv Anqara” və “Yaroslavna TMZ” klublarının şərəfini qoruyub.

Qeyd edək ki, “Gəncə” bunadək yerli voleybolçular Yuliya Kərimova, Nərminə Musayeva, Fidan Azayeva, Amina Ramazanova, Asiyat Abuyeva və Xanım Cəlilovanı heyətinə qatıb.

İdman