İstanbulda azərbaycanlı alimə həsr olunan beynəlxalq riyaziyyat konfransı keçirilir

post-img

Türkiyənin İstanbul Aydın Universitetində Bakı Dövlət Universitetinin (BDU) Cəbr və həndəsə kafedrasının müdiri, Əməkdar elm xadimi, professor Arif Səlimova həsr olunan beynəlxalq riyaziyyat konfransı işə başlayıb.

Universitetdən bildirilib ki, sentyabrın 5-dək davam edəcək konfrans Türkiyə Elm və Texnika Komitəsi (TÜBİTAK), BDU, qardaş ölkənin 11 özəl və dövlət universitetinin dəstəyi ilə keçirilir.

Tədbirdə professor Arif Səlimovun “Tenzor diferensiallama operatorları və lift problemləri” mövzusunda məruzəsi dinlənilib.

Konfransın Təşkilat Komitəsi azərbaycanlı professora diferensial həndəsə sahəsində əldə etdiyi nailiyyətlərinə görə ISCDFAMS mükafatını təqdim edib.

Daha sonra plenar məruzəçilər Farit Avkhadiev (Kazan Federal Universiteti), Bülent Ünal (Bilkent Universiteti), Ljubisa Kocinac (Serbiya) çıxış ediblər.

Konfrans çərçivəsində 200-dək məruzə dinləniləcək.









Elm