“VAZ-21011” markalı avtomobil və velosiped qaçırılıb

post-img

Sentyabrın 1-də saat 23 radələrində Ağdam rayonunun Quzanlı qəsəbəsi ərazisindən “VAZ-21011” markalı avtomobilin qaçırılması barədə polisə məlumat daxil olub. Xəbəri DİN mətbuat xidməti yayıb. 

Ağdam Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə nəqliyyat vasitəsinin qaçırmaqda şübhəli bilinən R.Hüseynov avtomobillə birgə saxlanılıb.

Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə isə rayon ərazisində “Tofaş” markalı avtomobildən mobil telefon oğurlamaqda şübhəli bilinən H.Yunusov, bir nəfərin isə velosipedini oğurlamaqda şübhəli bilinən Ç.Məmmədov saxlanılıb.

Faktlarla bağlı araşdırma aparılır. 

P.ƏMİRCANOV
XQ

Hadisə