Yabanı halda bitmiş çətənə kolları məhv edilib

post-img

Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə sentyabrın 2-də ümumi çəkisi 10,7 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb. Məlumatı 

DİN mətbuat xidməti yayıb.

Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşları tərəfindən Savalan qəsəbəsi ərazisində yabanı halda bitmiş 818 kiloqram çəkidə 1456 ədəd, Cavadxan qəsəbəsi ərazisində isə 820 kiloqram çəkidə 1950 ədəd çətənə kolu aşkar olunaraq məhv edilib. 

Bu istiqamətdə qətiyyətli mübarizə tədbirləri davam etdirilir.

P.ƏMİRCANOV
XQ

Sosial həyat