Ərdoğan BRİKS sammitində iştirak üçün dəvəti qəbul edib

post-img


Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya hakimiyyətinin Kazanda keçiriləcək BRİKS sammitinə gəlmək dəvətini qəbul edib. Bu barədə Rusiya dövlət başçısının köməkçisi Yuri Uşakov bildirib. Məlumatı “İnterfaks.ru” verib. 

“Təklif Türkiyə tərəfinə çatdırıldı, Ərdoğan onu qəbul etdi”, - Uşakov çərşənbə axşamı bildirib.

Bir gün əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov da, öz növbəsində Vladimir Putinin Türkiyəyə səfərinin tarixlərinin hələ razılaşdırılmadığını, bu işin davam etdiyini bildirib.

BRİKS sammiti 2024-cü il oktyabrın 22-24-də Kazanda keçiriləcək.

P.ƏMİRCANOV
XQ

Dünya