“Real” transfer pəncərəsini bağlayıb

post-img

“Real”ın baş məşqçisi Karlo Ançelotti yay transfer pəncərəsi ilə bağlı gələcək planlarından danışıb. O deyib: “Bizim üçün bazar bağlanıb. Mən başqa heç bir transfer istəməyəcəyəm”.

Qeyd edək ki, “Real” bu yay iki futbolçu ilə müqavilə imzalayıb. Bunlar məşhur fransalı hücumçu Kilian Mbappe və Braziliyanın "Palmeyras" klubundan forvard Endrikidirlər.

“İtkilər”dən söz düşmüşkən qeyd etmək yerinə düşər ki, İspaniya nəhəngindən 6 futbolçu ayrılıb. Belə ki, Rafa Marin, Xuanmi Lataza, Xoselu, Naço Fernandes, Toni Kroos və Kepa Arrizabalaqa müxtəlif səbəblərdən klubu tərk ediblər.

PÜNHAN
XQ

İdman