“Liderlik müsabiqəsi”nin liderləri

post-img

Türkiyənin Anadolu Universitetində Beynəlxalq Dostluq Gününə həsr olunan liderlik müsabiqəsinin mükafatlandırılma mərasimi keçirilib. 

Anadolu Universiteti Azərbaycan proqramlarının koordinatoru Azər Hətəmov beynəlxalq müsabiqənin məramı və önəmi barədə məlumat verib. Anadolu Universitetinin rektoru, professor Fuat Ərdal qlobal birliyin gücləndirilməsində liderliyin  rolunu vurğulayıb. O qeyd edib ki, Türkiyə və Azərbaycan strateji tərəfdaşlığı regional sabitliyə töhfədir. Təhsil sahəsində əməkdaşlıq isə gələcəyin alimlərini, liderlərini və novatorlarını yetişdirib.

Türkiyə Xarici İqdisadi Əlaqələr Şurasının  üzvü, Azərbaycan Türkiyə İş Adamları Birliyi İdarə Heyətinin sabiq sədri, “İstanbul çarşı” şirkətinin təsisçisi  Camal Yanğın  “Lider iş adamı” nominasiyasının qalibi olub. “İnnovasiya üzrə liderlik” nominasiyasında ADPU-nun dosenti, təhsil eksperti İlham Əhmədov, “Sülh lideri” nominasiyasında tanınmış diploml və İdarəçilik” nominasiyasında “Management Consulting Group” şirkətinin təsisçisi və baş direktoru Samir Novruzov qalib sayılıblar.

XQ

 

Son xəbərlər