Messinin villası qanunsuz tikilib?

post-img

Argentinalı futbolçu Lionel Messi İbizadakı villasına boya tökdükləri üçün ətraf mühit fəallarından 50 min avro tələb edir.

Xatırladaq ki, villanın divarlarına boyanı "Futuro Vegetal" təşkilatının fəalları töküblər. Messi hesab edir ki, indi təşkilat üzvləri ona dəyən ziyanı ödəməlidirlər.

Fəallar villanın qanunsuz tikili olduğunu iddia edirlər.

Messi bu evi 2022-ci ildə 11 milyon avroya alıb. Villanın keçmiş sahibi qarajın bir hissəsini yaşayış sahəsinə çevirmək üçün razılaşdırılmamış iş aparmaqda şübhəli bilinirdi ki, bu da relyefin dəyişməsinə səbəb olub.

PÜNHAN
XQ

İdman