Premyer Liqa: "Liverpul" yeni mövsümə qələbə ilə başlayıb

post-img

İngiltərə Premyer Liqasında I turun növbəti oyunu keçirilib.

AZƏRTAC xəbər verir ki, "Liverpul" səfərdə "İpsviç Taun"la qarşılaşıb. Görüş qonaqların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. "Liverpul"un heyətində qolları Dioqo Jota və Məhəmməd Salah vurublar.

Qeyd edək ki, ötən gün mövsümün açılış oyununda "Mançester Yunayted" "Fulhem"ə 1:0 hesabı ilə qalib gəlib.

İdman