"Barselona"nın aparıcı futbolçusu mövsümün ilk oyununu buraxacaq

post-img

İspaniyanın "Barselona" komandasının aparıcı futbolçusu İlkan Gündoğan La Liqada mövsümün ilk oyununu buraxacaq.

AZƏRTAC klubun rəsmi saytına istinadən xəbər verir ki, zədəli olan 34 yaşlı yarımmüdafiəçinin adı "Valensiya" ilə görüş üçün heyətə salınmayıb.

Almaniyalı oyunçu "Joan Qamper" yoldaşlıq turnirində Fransa təmsilçisi "Monako" ilə matçda sıradan çıxıb.

Qeyd edək ki, "Valensiya" - "Barselona" qarşılaşması bu gün Bakı vaxtı ilə saat 23:30-da start götürəcək.

İdman