Medal qazanacağıma ümidli idim

post-img

“Paris-2024” Yay Olimpiya Oyunlarında çıxışını başa vuran kamandan oxatma üzrə Azərbaycan millisinin üzvü Yaylagül Ramazanova mətbuata açıqlama verib. İdmançı Vətənə medalsız qayıdacağından təəssüfləndiyini bildirib: 

– Gündə iki dəfə məşq edirdim. Turnirə yaxşı hazırlaşmışdım. Təəssüf ki, medalsız qayıdacağam. Buna baxmayaq, mənim üçün yaxşı təcrübə oldu. Növbəti Olimpiadada mükafatçılar sırasında ola­cağıma ümid edirəm. Yarışda medal qazanacağıma çox ümidli idim. 

Qeyd edək ki, Yaylagül Ramazanova 1/32 finalda çinli An Qixu­ana qalib gəlməsinə baxmayaraq, növbəti raundda almaniyalı Mişel Kroppenə məğlub olaraq turnirlə vidalaşıb.

İdman