Argentina–Mərakeş matçında təhlükəli insident

post-img

Paris-2024 Olimpiya Oyunlarında qrup mərhələsinin birinci turunda Argentina və Mərakeş yığmaları arasında keçirilən oyunda iğtişaşlar baş verib. “Tycsports.com” saytının məlumatına görə, cənubi amerikalılara qarşı aqressiv olan azarkeşlər oyunun iki saata qədər yarımçıq kəsilməsinə səbəb olublar.

İkinci hissəyə əlavə olunan 14-cü dəqiqədə Cristian Medina argentinalı­ların ikinci qolunu vurduqdan sonra tri­bunadan bir neçə mərmi uçub və azar­keşlər meydançaya qaçıblar. Hakim komandaları paltardəyişmə otaqlarına aparıb və oyuna iki saat fasilə verilib. Son­da oyundankənar vəziyyət səbəbindən qol qəbul olunmayıb. Komandalar qalan dəqiqələri oynamalı olublar və nəticədə Mərakeş 2:1 hesabı ilə qalib gəlib.

Oyundan sonra Argentina Futbol Fe­derasiyası (AFA) Beynəlxalq Futbol Fe­derasiyasının (FİFA) intizam komissiyası­na şikayət edib. O, beynəlxalq təşkilatdan matç iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün lazımi tədbirlərin görülməsini tələb edib.

İdman