Abşeronda yağmursuz, bölgələrdə yağıntı, duman və külək

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata əsasən, iyulun 26-da Bakıda və Abşeron yarımadasında hava dəyişkən buludlu olacaq. Əsasən yağmursuz keçəcək. Mülayim şimal-şərq küləyi əsəcək. Gecə 20-25°, gündüz 29-34° isti olacaq. 

Atmosfer təzyiqi normadan aşağı 754 mm civə sütunu, nisbi rütubət gecə 70-80, gündüz 50-60 faiz olacaq. Abşeron çimərliklərində gözlənilən dəniz suyu­nun temperaturu: Şimal çimərliklərində: (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25° isti,Cənub çimər­liklərində: (Türkan, Hövsan, Sahil, Şıx) 25-26° isti olacaq. Azərbaycanın rayon­larında bəzi yerlərdə arabir leysan xa­rakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv ola­cağı, dolu düşəcəyi ehtimalı var. Axşama doğru əksər rayonlarda yağıntılar tədri­cən kəsiləcək. Gecə və səhər bəzi yer­lərdə duman olacaq. Şərq küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Ha­vanın temperaturu gecə 19-24°, gündüz 30-35°, dağlarda gecə 12-17°, gündüz 18-23° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya