Yaylagül Ramazanovanın ən yaxşı nəticəsi

post-img

Azərbaycanın ilk təmsilçisi Yaylagül Ramazanova Paris-2024 Yay Olimpiya Oyunlarında dünən mübarizəyə başlayıb. O, kamandan oxatma növü üzrə gücünü sınayıb. 

Sıralama tu­runa 30-cu cütdə başlayan təmsilçi­miz 39-cu yeri tu­tub. O, 720 müm­kün xaldan 647 xal toplayıb. Milli komandanın üzvü mövsümdə ən yax­şı nəticəsinə imza atıb.

Y.Ramazanova 1/32 finalda Quxu­an Anla (Çin) qarşılaşacaq. Onun rəqibi sıralama turunu 656 xalla 26-cı pillədə başa vurub.

1/32 final görüşləri iyulun 30-da baş tutacaq.

Qeyd edək ki, Azərbaycan millisi Fransada 48 idmançı ilə təmsil olunur. Yığma 15 idman növü üzrə 17 proqramda çıxış edəcək.

İdman