Azərbaycan şahmatçısı Vüqar Rəsulov Türkiyənin Çeşmə şəhərində keçirilən beynəlxalq turnirdə mükafat qazanıb.
9 turda 7 xal qazanan idmançımız 3-cü yeri tutub. Təmsilçimiz yalnız əlavə göstəricilərə görə, yerli şahmatçı Arpaslan İşıq və ikinci olan Vladislav Kovalyovdan (FİDE) geri qalıb.
Qeyd edək ki, turnirdə ümumilikdə 14 ölkədən 75 şahmatçı iştirak edib.
Leyla QURBANOVA
XQ