Rusiyanın Yakutsk şəhərində keçirilən “Asiya Uşaqları” Oyunlarında güləş yarışlarına yekun vurulub.
Yarışın son günündə U-15 yaş qrupu üzrə yunan-Roma güləşində qaliblər müəyyənləşib. U-15 Avropa çempionatının qalibi Qurban Məcnunov (44 kq) Yakutskda da bütün rəqiblərindən güclü olub və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Yusif Mirzəyev (38 kq) isə bürünc medal qazanıb.
Beləliklə, güləşçilərimiz, ümumilikdə, bu oyunlarda 1 qızıl, 2 gümüş və 5 bürünc medal qazanıb.
Leyla QURBANOVA
XQ