Karateçilərimizdən 13 medal

post-img

Gənc və yeniyetmə karateçilərimiz Gürcüstanda keçirilən beynəlxalq turnirində uğurla çıxış edərək 13 medal qazanıblar.

“Open Georgia” adlanan yarışda 6 ölkədən ümumilikdə 700-ə yaxın idmançı mübarizə aparıb. Təmsilçilərimiz yarışı 3 qızıl, 4 gümüş və 6 bürünc medalla başa vurublar.

Qeyd edək ki, yarışda beynəlxalq dərəcəli hakim Vüqar Kərimov ədaləti quruyub.

L.QURBANOVA
XQ

İdman