Sabah “BRICS Sports Games Kazan 2024” start götürür

post-img

Azərbaycan yarışda 11 növdə 97 idmançı ilə təmsil olunacaq

Sabah Rusiyanın Kazan şəhərində “BRICS Sports Games Kazan 2024” beynəlxalq multi-idman oyunları start götürəcək. 

Yarışda ölkəmiz 11 idman növündə - avarçəkmə, kanoe, cüdo, stolüstü tennis, qılıncoynatma, yunan-Roma güləşi, sərbəst güləş, qadın güləşi, koreş, sambo, karate üzrə ümumilikdə 97 idmançı ilə təmsil olunacaq. 

Bu gün yarışın açılış mərasimi təşkil ediləcək. Tədbirdə Azərbaycan bayrağını avarçəkənimiz, “Amber Oars” beynəlxalq reqatasının gümüş və bürünc mükafatçısı, “Prezident-Kuboku-2015” beynəlxalq reqatasının qızıl mükafatçısı Ziya Məmmədzadə daşıyacaq. 

Oyunlar iyunun 24-dək davam edəcək.

L.QURBANOVA
XQ

İdman