TAİB-in təşkilatçılığı ilə Qazaxıstanda Milli Qurtuluş Gününə həsr olunmuş konfrans və konsert keçirilib

post-img

Türk Ağsaqqalları İctimai Birliyi - TAİB-in, Azərbaycan Respublikasının Aktau şəhərindəki Baş Konsulluğunun, “Azərbaycan Mərkəzi” İctimai Fondunun, “Dostluq” Etnomədəni Birliyinin təşkilatçılığı ilə Qazaxıstanın Aktau şəhərində 15 iyun Milli Qurtuluş Gününə həsr olunmuş “Azərbaycan-Qazaxıstan strateji əlaqələrinin inkişafında Heydər Əliyevin rolu” adlı konfrans keçirilib. Azərbaycanın Aktaudakı Baş konsulu Elçin Məmmədov tədbir iştirakçılarını salamlayaraq  Azərbaycan-Qazaxıstan arasındakı mehriban dostluq münasibətləri, iqtisadi və mədəni sahədəki əməkdaşlıqdan söhbət açıb.

Missiya.Az xəbər verir ki, 500-ə yaxın şəxsin iştirak etdiyi konfransda TAİB sədri, akademik Südeif İmamverdiyev çıxış edərək qeyd edib ki, iyunun 15-i xalqımız üçün əsl qurtuluş tarixidir. Bu tarixi yaradan isə Azərbaycanın müstəqilliyinin qorunub saxlanmasında, möhkəmlənməsində, inkişafında müstəsna rol oynayan Ümummilli Lider Heydər Əliyevdir. Ulu öndər Heydər Əliyevin Azərbaycan-Qazaxıstan münasibətlərinin inkişafında müstəsna xidmətlərindən danışan Südeif İmamverdiyev vurğulayıb ki, Ümummilli Liderin prezidentliyi dövründə Azərbaycan və Qazaxıstan arasında əlaqələr yeni inkişaf mərhələsinə qədəm qoyub.

Konfransda digər çıxış edənlər Azərbaycan və Qazaxıstan arasındakı dostluq münasibətlərdən söhbət açıblar.

Konfransın ardından görkəmli sənətkar Aybəniz Haşımovanın və onun rəhbərlik etdiyi Sənət Akademiyasının tələbələrinin Milli Qurtuluş Gününə həsr olunmuş bayram konserti keçirilib. Konsertdə vətənpərvərlik mövzusunda, eləcə də  xalq mahnıları  ifa olunub. Konsert tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanıb.



























Son xəbərlər