Beynəlxalq Gimnastika Federasiyası Azərbaycanın bədii gimnastika üzrə qrup hərəkətləri komandasının “Paris-2024” Yay Olimpiya Oyunlarına lisenziyasını təsdiqləyib.
Komandamız Avropa çempionatının yekunlarına görə, Fransa paytaxtına vəsiqə qazanıb. Zeynəb Hümmətova, Darya Sorokina, Güllü Ağalarzadə, Ləman Əlimuradova, Kamilə Əliyeva və Yelizaveta Luzandan ibarət komanda çoxnövçülükdə 4-cü yeri tutmaqla bu uğura nail olub.
Bu, Azərbaycanın gimnastika millisinin Paris Olimpiadasına əldə etdiyi 3-cü vəsiqə olub. Buna qədər bədii gimnastika üzrə fərdi proqramda çıxış edən Zöhrə Ağamirova və batut gimnastikası üzrə təmsilçimiz Selcan Mahsudova eyni nailiyyətə imza atıb.
L.QURBANOVA
XQ