Gənc avarçəkənimiz Bratislavada 3-cü olub

post-img

Slovakiyanın paytaxtı Bratislavada kayak və kanoe üzrə 37-ci beynəlxalq “Bratislava Reqatası” keçirilib. 

Yeniyetmə və gənclər arasında keçirilən reqatada komandamızın üzvlərindən Paşa Əsgərov bürünc medal qazanıb. O, 5 min metr məsafəyə kanoe qayığında finiş xəttinə üçüncü çatıb. 

Amil Ramazanov 200 metr məsafəyə kayak yürüşlərində uğurla çıxış edərək A finalına yüksəlsə də, yekun nəticədə mükafatçılar sırasına düşə bilməyib. 

L.QURBANOVA

XQ

İdman