Azərbaycan millisi Paris Yay Olimpiya Oyunlarına daha 1 lisenziya əldə edib.
Beynəlxalq Qılıncoynatma Federasiyası Azərbaycana sablya növü üzrə qadınların şəxsi yarışında Olimpiadaya iştirak hüququ verən universal lisenziya göndərib. Lisenziya Olimpiya Oyunlarına vəsiqə qazanmayan qadın sablyaçılar arasında yüksək reytinqə malik Anna Baştaya verilib.
Bununla da, Azərbaycanın “Paris-2024”ə qazandığı lisenziyaların sayı 27-yə çatıb.
L.QURBANOVA
XQ