Şahmatçımız beynəlxalq turnirin qalibi olub

post-img

Birləşmiş Ərəb Əmirliklərinin Şarja şəhərində təşkil edilən şahmat üzrə “Masters” yarışı başa çatıb. 

Turnirdə təmsilçilərimizdən ən yaxşı nəticə Aydın Süleymanlıya məxsus olub. Şahmatçı 9 turda 6 xal toplamaqla turniri 10-cu yerdə başa vurub.

Festivalın “Futures” turnirində birinci yerə Aqşin Əlizadə layiq görülüb. Yekunda 7,5 xal toplayan Azərbaycan təmsilçisi əlavə göstəricilərə görə, bütün rəqiblərini qabaqlayıb. Aktivində 7 xalı olan digər şahmatçımız Yunis Mahmudzadə isə 3-cü yeri tutub.  

 

L.QURBANOVA XQ

İdman