Anna Skidandan uğurlu çıxış

post-img

Norveçin Bergen şəhərində Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Trond Mohn Oyunları keçirilir. 

Ölkəmizi çəkic atma yarışında təmsil edən Anna Skidan növbəti dəfə uğurlu çıxışla yadda qalıb. Atletimiz 72.47 metr göstərici ilə bütün rəqiblərini qabaqlayaraq qızıl medal qazanıb. 

Xatırladaq ki, Skidan bir neçə gün öncə  Dünya Atletikasının gümüş səviyyəli yarışı olan Yanuş Kusoçinskinin Memorialında da fəxri kürsünün ən yüksək pilləsinə qalxmışdı.

L.QURBANOVA XQ

İdman