Azərbaycanın bədii gimnastları Macarıstanın paytaxtı Budapeşt şəhərində keçirilən Avropa çempionatında uğurla start veriblər.
Gənc fərdi gimnastlar - Gövhər İbrahimova (halqa, 30,050), Şəms Ağahüseynova (lent, 29,000), İlahə Bahadirova (top, 29,850) və Fidan Qurbanlı (gürzlər, 28,500) komanda hesabında ümumilikdə 117,400 xalla bürünc mükafata layiq görülüblər.
Qeyd edək ki, bədii gimnastika üzrə Avropa çempionatı Paris Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır. Yarışa mayın 26-da yekun vurulacaq.
L.QURBANOVA XQ