Abşeronda yağmursuz, bölgələrdə yağış və duman...

post-img

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologi­ya Xidmətinin verdiyi məlumata əsasən, mayın 24-də Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, ara­bir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gün­düzdən bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var.

Şimal-şərq küləyi əsəcək, axşam mülayim şimal-qərb küləyi ilə əvəz olunacaq. Gecə 13-17°, gündüz 21-26° isti olacaq. Atmosfer təzyiqi 761 mm civə sütunundan 764 mm civə sütununa yüksələcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz olacaq. Azərbaycanın rayonlarında şimal və qərb rayonlarından başlayaraq bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq əra­zilərdə qar yağacağı ehtimalı var. Bəzi yerlərdə arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15°, gün­düz 18-23°, dağlarda gecə 3-8°, gündüz 10-15° isti olacaq.

Q.QASIMOV
XQ

Ekologiya