Everestin qadın rekordçusu

post-img

Nepallı alpinist qadın Pxundjo Djxanqmu Lama Everest zirvəsini ən sürətlə fəth edən qadın olaraq dünya rekordu vurub. Bu barədə “The Himalayan Times.com” saytı məlumat yayıb. 

Xəbərdə qeyd olunur ki, nepallı xa­nım arzusuna çatmaq üçün cəmi 14 saat 31 dəqiqə sərf edib. Alpinist mayın 22-də saat 15:52-də zirvəyə qalxmağa başlayıb və ertəsi gün saat 06:23-də hə­dəfinə nail olub. 

Yeni rekorda imza atan alpinist qa­dın öz hisslərini bu cür ifadə edib: “Mən zirvəyə qalxmağımı qadınların hüquq və səlahiyyətlərinin artırılmasına, ətraf mühitin qorunmasına, eləcə də dünyada sülhə həsr etmək istəyirəm”. 

Qeyd edək ki, xanım Lama bundan əvvəl də bir neçə dəfə Everestə qalxma­ğa cəhd edib. O, 2018-ci ildə zirvəni 39 saat 6 dəqiqəyə fəth edib. 

Sonda bildirək ki, nepallı alpinist bundan əvvəl dünyanın bir çox başqa zirvələrinə yüksələ bilibdir. 

FİDAN
XQ

Dünya