Soğan – azarı boğan

post-img

Yeməklərin yanında çiy soğan yemək vərdişi orqanizmi bir çox xəstəlikdən qoruya bilər. Mütəxəssislər bildirirlər ki, soğanı çiy qəbul etmək sağlamlıq üçün çox faydalıdır. “İtirilmiş şəfa axtarışında” kitabının müəllifi, türkiyəli dietoloq Aydın Salih soğan tərkibli 3 resept hazırlayıb. 

Həkim bildirir ki, bu reseptlər daxili orqanları toksinlərdən təmiz­ləyir. Xüsusilə, diabet xəstələri üçün faydalıdır. 

1-ci resept: Hər axşam bir soğa­nın suyunu sıxıb acqarına içmək la­zımdır. Su ilə qarışdırmaq olar. Bun­dan əlavə, xörəklərlə birgə çiy soğan yemək lazımdır. Bu, insulinə ehtiyacı azaldacaq.

2-ci resept: Orta ölçüdə soğanın şirəsini 150–200 qram ağ kələm, bro­koli və ya yerkökü şirəsi ilə qarışdırıb qurtum-qurtum için.

3-cü resept: Soğan suyunu 150–200 qram qırmızı çuğundur suyu ilə qarışdırıb için.

Həkim soğanın digər faydaları­nı da açıqlayıb. Deyib ki, çiy soğan daxili orqanları təmizləyir, bağırsaq­ları aktivləşdirir, osteoporoza qarşı faydalıdır, dərini gözəlləşdirir, saçları daha sürətli böyüdür. Eyni zamanda, iltihabı azaldır, xolesterolu aşağı salır və immuniteti gücləndirir.

Z.HÜSEYNLİ
XQ

Sosial həyat